Nə üçün uşağa 12 yaşa qədər telefon vermək olmaz? - 5 səbəb

Nə üçün uşağa 12 yaşa qədər telefon vermək olmaz? - 5 səbəb
15 Fev 2019 13:30

Uşaqların qadjetlərdən asılı olması artıq epidemiya halını alıb.

Yəqin ki, çoxları uşaqların əlindən telefonun almağın necə çətin olduğunu bilir. Uşaqlar texnikaya çox tez alışırlar. Qadjet onların əllərində olduğu müddətcə uşaq ətrafında baş verənlərə biganə qalır və əhəmiyyət vermir. Onlarla dil tapmaq çətinləşir və real həyatla əlaqələri azalır.

Pediatrların bildirdiklərinə görə, görmə və danışıq qabiliyyətinin inkişaf etməsi üçün 0-3 yaş arası uşağın əqli inkişafı çox əhəmiyyətlidir.3 yaşına qədər uşaqlar valideynləri ilə daha çox ünsiyyətdə olmalıdırlar.

Statistikaya görə, müasir zamanda uşaqlar ekran qarşısında gün ərzində 6-7 saat vaxt keçirirlər. Bir çox uşaqlar artıq iki yaşından mobil qurğularla tanış olurlar və internetdən istifadə edə bilirlər. Pediatrlar 12 yaşadək uşaqlara  mobil telefonlardan istifadəni qadağan etmələrinin 5 səbəbini açıqlayıblar.

Medicina.az onları təqdim edir:

1. Qadjetlərdən asılılıq

Analar xəbərlərə, seriala baxır, oyun oynayır və beləliklə də uşaqlarından uzaqlaşırlar. Buna görə də uşaq ona diqqətin kifayət qədər olmamasını texnika ilə kompensasiya edir. Beləliklə də uşaq telefondan asılı vəziyyətə düşür.

2. Şüalanma

2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mobil telefonlardan ayrılan şüaların xərçəngə yol aça biləcəyini bildiriblər. Bundan əlavə uşaqların beyni və immun sistemi inkişaf etdiyinə görə zərərli təsirlərə daha həssas olurlar.

3. Baş beynin inkişafına təsir edir

Körpənin beyni ilk 2 ildə 3 dəfə böyüyür. Ətraf mühit  beynin inkişafına mənfi təsir göstərə bilər.

4. Piylənmə

Bütün gün televizora baxmaq və telefonla oynamaq qidalanma rejimini pozaraq uşaqların piylənməsinə səbəb ola bilər. Elektron vasitələrdən nəzarətsiz şəkildə istifadə edən uşaqlar arasında piylənmə 30% çox müşahidə edilir.

5. Aqressivlik

Kompüter oyunlarında və televiziya verilişlərində olan qəddarlıq öz əksini real həyatda tapır. Uşaq hazır rəftar sxemi alır. Bir çox araşdırmaçılar belə qənaətə gəliblər ki, ekranda əks olunan qısamüddətli zorakılıq görüntüsü uzunmüddətli effekt verə bilər. Aqressiya özünü həmin dəqiqə deyil, uzun illə sonrası da büruzə verə bilir.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.