Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava - YENİLƏNİB + VİDEO

Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava - YENİLƏNİB + VİDEO
15 Fev 2019 15:00


Moskvada baş verən insidentlə bağlı 1994-cü il təvəllüdlü azərbaycanlı Əkbərov Firuz Natiq oğlu dindirilib

Onun sözlərinə görə, 2018-ci ilin noyabrında Azərbaycandan Rusiyaya gəlib və Moskvada yaşayan tanışlarının evində qalıb. Azərbaycanlı tez-tez “Neolit” restoranına getdiyini bildirib. 

F.Əkbərov deyib ki, fevralın 13-də tanışlarından birinin Çeçenistan respublikasından olan bir qrup şəxslə mübahisəsinin olduğunu öyrənib və bir gün sonra yerli vaxtla 17:00-da həmin restorana gəlib. 

“Saat 22:30-da 30-40 nəfərdən ibarət qrup restorana gələrək, mebelləri sındırmağa və müştəriləri kafedən çıxarmağa başlayıb. Daha sonra onlardan dörd nəfər mənə yaxınlaşaraq, müşahidə kameralarının yerləşdiyi otağı göstərməyimi istəyib”, - o bildirib. 

Rədd cavabı alan şəxslərdən biri F.Əkbərovun qarnına təpiklə zərbə vurub. Bundan qorxan 25 yaşlı azərbaycanlı onların istəyini yerinə yetirib. 

Daha sonra isə həmin şəxslərdən biri cibindən silah çıxarıb və müştərilərdən biri tərəf atəş açaraq, restoranı tərk etmək istəyib. Bu zaman polis əməkdaşları gəlib. Saxlanma zamanı onlar polisə müqavimət göstərərək, üzərilərində gəzdirdikləri silahlardan hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.  

Aparılan axtarışlar zamanı həmin şəxslərin üzərindən 5 ədəd bıçaq, 2 ədəd “Qrand Pauer” travmatik tapançası və “MP 8012T” tapançası aşkar edilib. 

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb. 

Saxlanılan şəxslərin siyahısını təqdim edirik:


08:55

Moskvadakı kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib. 

Bu barədə 5-tv.ru portalı məlumat yayıb.

Hadisəyə çeçen gəncin mübahisə zamanı azərbaycanlını təhqir etməsi səbəb olub.

Daha sonra azərbaycanlının dostları həmin şəxsi taparaq, döyüblər. Şahidlərdən birinin sözlərinə görə, kütləvi dava da bu hadisənin davamı olub. 

O bildirib ki, 100 nəfərdən ibarət çeçen qrup azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə gələrək qadınlardan restoranı tərk etməsini istəyiblər, daha sonra dava başlayıb. Hadisə zamanı travmatik tapançadan istifadə edilib. İnsident nəticəsində 10 nəfər xəsarət alıb. Y.Əliyevin avtomobili yararsız vəziyyətə salınıb. 

Polis insidentin 20 iştirakçısını həbs edib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.