Anadan yaş yarımlıq qızına qarşı ağılasığmaz hərəkət - Şprislə qanına maye sabun yeridib və... - FOTO

Anadan yaş yarımlıq qızına qarşı ağılasığmaz hərəkət - Şprislə qanına maye sabun yeridib və... - FOTO
16 Fev 2019 10:26

Türkiyədə yaşayan 29 yaşlı qadın ağılasığmaz hərəkəti ilə ölkə gündəmini zəbt edib.

Realpress.az CNN Türk-ə istinadla xəbər verir ki, İstanbulun Avcılar səmtində yaşayan 29 yaşlı Elif K. polis idarəsinə gedərək qızını öldürmək istədiyini söyləyib.

İstanbulda yaşayan Elif.K yaşyarımlıq qızı Eylül Mirayın bədəninə iynə ilə yuyucu toz və maye sabun yeridib. Həkimlərin şübhəsi ilə son 6 ay ərzində 2 dəfə saxlanılan qadın ötən gün polis bölməsinə gedərək səhvini boynuna alıb. 29 yaşlı qadın ifadəsində: "Qızıma isinə bilmədim, ölməyini istədim", - söyləyib.

Qadın bildirib ki, Eylülün doğumundan sonra tənəffüs yollarında yaranan problemə görə bir ay xəstəxanada müalicə alıb. O, xəstəxanadan çıxdıqdan sonra yeni doğulan körpəsindən intiqam almaq qərarına gəlib.

"Qızımı çox istəyə bilmədim. Ona işgəncə vermək istədim. Doğulduqdan bir ay sonra içərisi maye sabunla dolu şprisi onun ağzına, burnuna, qulağının içinə, göbəyinə vururdum. Bəzi yerlərini ülgüclə kəsmişdim. Bütün bunları evdəkilər yuxuda olanda edirdim".

Qeyd edək ki, o, 12 il əvvəl ailə qurub. Onun Eylüldən başqa da bir uşağı var. Hazırda Eylül xəstəxanada müalicə olunur.



24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.