Tramp öz kəşfiyyatına yox, Putinə inanır

Tramp öz kəşfiyyatına yox, Putinə inanır
18 Fev 2019 10:57


ABŞ prezidenti Donald Tramp KXDR-də (Şimali Koreya) ABŞ ərazilərini vurmağa qadir olan raketlərin olması ilə bağlı ölkə kəşfiyyatının təqdim etdiyi hesabata inanmır.

Bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsini icra edən Endrü Makkeyb CBS telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putin Trampı Şimali Koreyada, əslində, heç bir uzaqmənzilli raketin olmadığına inandırıb.

“Kəşfiyyat əməkdaşları brifinqdə bildirdilər ki, bu, heç bir kəşfiyyat hesabatının məlumatlarına uyğun gəlmir, prezident isə buna cavabında qeyd etdi: “Vecimə də deyil, mən Putinə inanıram”, - deyə Makkeyb bildirib.

FTB rəhbəri onu da əlavə edib ki, Trampın vəziyyətin, əslində, nə yerdə olduğunu öyrənmək istəməməsi administrasiya üzvlərini məəttəl qoyur.


29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.