Müasir hamiləlik testləri çox dəqiqdir. Lakin bəzi adi səhvlər nəticəyə təsir edə bilər.
1. Vaxtı keçmiş testlərdən istifadə etməyin
Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, hamiləlik testini alanda mütləq onun yararlıq müddətinə fikir verin. Vaxtı keçmiş testlər düzgün olmayan nəticə verə bilər.
2. Ucuz testlər səhv nəticə verə bilər
3. Testi səhər edin
Test qanda hamiləlik markeri olan xorionik qonadotropin hormonunu təyin edir. Sidiyin konsentrasiyası yüksək olanda bu hormonun səviyyəsi də yüksək olur ki, test daha dəqiq nəticə göstərir.
4. Testin nəticələri 5 dəqiqə ərzində qiymətləndirilir
Bəzi qadınlar testin nəticəsini saatlarla "gözləyir". Bu səhvdir.
5. Bəzi dərman preparatları testin nəticəsinə təsir edə bilər
Əgər siz sidikqovucu, yuxu dərmanı, trankvilizator, allergiya əleyhinə, sonsuzluğa qarşı preparatları qəbul edirsinizsə, hamiləliyi təyin etmək üçün laboratoriyaya müraciət edin. Bu dərmanların qəbulu ev testlərinin nəticəsinə təsir edə bilər.
6. Testi vaxtından tez etməyin
Bəzi qadınlar testi menstruasiya günündən çox əvvəl edir. Bu da səhvdir. Testi menstruasiya günü edin.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.