Avropa Rusiya təyyarəsindən imtina etdi

Avropa Rusiya təyyarəsindən imtina etdi
18 Fev 2019 11:55


İrlandiyanın “CityJet” aviaşirkəti Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrinin istismarından imtina edib.

Bu barədə “Vedemosti” məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya təyyarəsi haqqında məlumatların yer aldığı bölmə aviaşirkətin rəsmi saytından silinib.

Bundan əvvəl “Suxoy mülki təyyarələri” şirkətinin rəhbəri Aleksandr Rubtsov “CityJet”in Rusiya təyyarələrindən imtina edə biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, İrlandiya şirkəti biznes modelini dəyişdiyindən indi əvvəl bağlanmış müqavilələrə tam fərqli şəkildə yanaşır.

Qeyd edək ki, “CityJet” Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrini istismar etmiş yeganə Avropa şirkəti idi. Müqaviləyə əsasən, İrlandiyaya 15 belə təyyarənin tədarükü planlaşdırılırdı.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.