Dünyanı vahiməyə salan SƏS həbs edildi

Dünyanı vahiməyə salan SƏS həbs edildi
18 Fev 2019 14:54

İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu. 

Realpress.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı Afrika əsilli Kanada vətəndaşı Məhəmməd Xəlif adlı şəxsi “Suriya demokratik qüvvələri”nin döyüşçüləri ələ keçirib.

Məhəmməd Xəlif İŞİD-in bütün dünyaya yayılan ingilisdilli video və audioyazısını, o cümlədən, əsirlərin edam edilməsi görüntülərini səsləndirib.

Səsyazmalarda Xəlifin səsinin yer aldığını artıq üç müstəqil ekspert və ABŞ rəsmisi təsdiqləyib. Mütəxəssizlər Xəlifin səsinin terrorçuların öz təbliğatları üçün istifadə etdikləri səslər arasında dünyada ən çox tanınan ingilisdilli səs olduğunu bildiriblər. 

Xəlif "The New York Times" verdiyi açıqlamasında, əməllərindən peşman olmadığını bildirib.

Onun sözlərinə görə, səsyazmalar peşəkar avadanlıqlarla həyata keçirilib və prosesi belə izah edib: "Səs sadəcə səs idim. Senarini xatırladaq mətni mənə verirdilər, redaktə edirdim,sonra isə səsyazma edirdik. Supervayzer mətnin hansı hissəsini xüsusi vurğulamaq lazım olduğunu mənə deyirdi".

Məhəmməd Xəlif hazırda Suriyada həbsdədir.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.