Xocalı faciəsinə həsr olunmuş Cəzasız cinayət filminin təqdimatı olacaq

Xocalı faciəsinə həsr olunmuş Cəzasız cinayət filminin təqdimatı olacaq
18 Fev 2019 15:13

Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində “Cəzasız cinayət” adlı sənədli filmin təqdimatı olacaq.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu ekran əsəri ötən il Ankarada Beynəlxalq Xocalı Simpoyzumunda nümayiş olunub. Tarixi – publisistik elmi kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı Soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi, psixoloji aspektləri təqdim olunur.

Elmi siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı Soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror və kütləvi qırğın aktlarının soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir. Filimdə əsr və girov götürülmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin soyqırımı qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu soyqırımın təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin, bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcədə BMT – nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələdə Xocalı soyqırımına hüquqi, siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.

Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlık Osmanlı arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.

Tədbir çərçivəsində eyniadlı sərginin açılması da nəzərdə tutulub. Sərgidə Azərbaycanın tanınmış rəssamları və heykəltəraşları Xalq rəssamı Xanlar Əhmədovun, Vaqif Ucatayın, Nazim Məmmədovun, Sahib Quliyevin, Vüqar Quliyevin, İslam Abdullayevin, Rahib Qarayevin, Aslan Rüstəmovun, Teymur Rüstəmovun, Mahmud Rüstəmovun, Nəriman Tağıyevin, Ləman Məmmədovanın Xocalı soyqırımına həsr edilmiş 60-dək əl işi nümayiş etdiriləcək.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.