Bakıda xidmətçi qadın işlədiyi evdən 56 min manat oğurladı

Bakıda xidmətçi qadın işlədiyi evdən 56 min manat oğurladı
18 Fev 2019 15:28

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Realpress.az bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prosesdə  zərərçəkmişin vəkili vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətiman tədbiri ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin edildikdən sonra Gülər Piriyeva məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası fevralın 22-nə təyin edilib.

İttiham aktına əsasən, G.Piriyeva Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadimə kimi çalışıb. O, işlədiyi dövürdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, zərərçəkmiş V.Bəşirova “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır. 


28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.

28 Mar 2024
Cəmiyyət

Xətaidə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.