Sən haranın maralısan? - Afətdən Nadirə cavab

Sən haranın maralısan? - Afətdən Nadirə cavab
18 Fev 2019 16:54

Şou-biznesdə növbəti qalmaqal müğənnilər Nadir Qafarzadə və Afət Fərmanqızı arasında yaşanıb. 

Realpress.az axşam.az-a istinadən bildirir ki, Qafarzadə "Hüseynova bacıları" verilişində Afətin Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı mahnını tənqid edib. "Qulaq asmıram... Qulaqlarıma yazığım gəlir. Məni bir də ana doğmayacaq, belə qulaqlar dünyaya gəlməyəcək. Bu, mənim şəxsi fikrimdir. Elə musiqilər gələndə qulaqlarımı tıxayıram" sözləri cavabsız qalmayıb. 

Fərmanqızı Nadirin sözlərini paylaşaraq, tənqidlər yazıb:

"Sən deyildin "Çadralı qız" oxuyub, qulaqlarımızı korlayan? Bəs bizim qulaqlarımıza yazığın gəlmirdi? Sənin kimilər idi da bunları oxuyan. Bizi anamız neçə dəfə doğur ki? Biz də bir dəfə doğuluruq da... 

Elnarə Abdullayeva kimi sənətkar mahnıma qiymət verdikdən sonra sən hara maralısan? Maral demişkən, bilmirsiz "Maral" mahnısını türklərdən kim oğurlayıb, oxuyub? Bu verilişə məni də çağırıblar, 21-də çəkiliş olmalı idi. Gəlməyəcəm, buradan deyim bilin. 

"Gelandewagen"imi ora sürməyə heyfim gəlir. Bunların mahnıları pulla da trendə düşə bilmir. Mənim mahnım pulsuz, xalqın sevgisi ilə düşür. Dözə bilmirlər. Bunlar deyildi soyqırım günü konsert verən?".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.