Hansı aptek dərmanı fərqli qiymətə satırsa, nazirliyə xəbər edin

Hansı aptek dərmanı fərqli qiymətə satırsa, nazirliyə xəbər edin
18 Fev 2019 17:00


İqtisadiyyat naziri Şahin Mustafayev bəzi dərman vasitələrinin apteklərdə fərqli qiymətlərə satılması məsələsi ilə bağlı istehlakçılara müraciət edib. 

realpress.az xəbər verir ki, nazir istehlakçılardan dövlət tərəfindən tənzimlənən qiymətləri pozan apteklər haqqında məlumatları İqtisadiyyat Nazirliyinə göndərməyi xahiş edib.

O, Azərbaycanda Tarif Şurasının ləğv olunması ilə bağlı gəzən söhbətlərə də münasibət bildirib:

“Tarif Şurası ləğv edilməyib, prezidentin sərəncamı ilə Tarif Şurasının katibliyində dəyişiklik ediləcək. Bu, o demək deyil ki, Tarif Şurası ləğv olunacaq, tariflər tənzimlənməyəcək. Tarif Şurası fəaliyyət göstərir və dövlət tərəfindən müəyyən edilən xidmətlərin dəyəri yenə də tənzimlənəcək.

Bu, davamlıdır. Dövlət tərəfindən dərman vasitələrinin qiymətləri də tənzimlənir. Bu gün apteklərdə qiymətlər Tarif Şurasının müəyyən etdiyindən yüksəkdirsə, bu barədə bizə məlumat verin”.

Qeyd edək ki, dərman vasitələrinin qiymətləri İqtisadiyyat Nazirliyinin və Tarif Şurasının rəsmi internet səhifəsində göstərilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.