Yaxın aylarda Azərbaycanda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq.
Realpress.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.
“233 min pensiyaçının əmək pensiyasının minimum məbləğinin 160 manatadək artırılacağını nəzərə alsaq, yaxın aylarda orta aylıq əmək pensiyasının 5% artacağını proqnozlaşdırmaq olar. Real mənzərə ilin ortalarında aydın olacaq”, - deyə nazir bildirib.
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.