Hindistanın Racastan ştatında yük maşınının toya gələn qonaqlardan, həmçinin, bəy-gəlin və onların ailə üzvlərindən ibarət izdihama çırpılması nəticəsində azı 13 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.
Bu barədə NDTV məlumat yayıb.
İnsident ötən axşam Ambavali kəndində baş verib. Yolun kənarı ilə mərasimin keçiriləcəyi yerə yollanan qonaqları qəfil peyda olan yük maşını əzib.
Zərərçəkənlər arasında gəlinin də yer aldığı bildirilir. Polis insidentin səbəbini araşdırır.
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.
Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.