Elmi konfrans: Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni

Elmi konfrans: Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni
28 Mar 2019 11:56

Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçıları AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyidir.

Konfransda giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova görkəmli sənətkarin çoxşaxəli bədii və ictimai fəaliyyətindən danışıblar.

Konfransda “Azərbaycanda teatr fikrinin formalaşmasına C.Cabbarlının məqalələrinin təsiri”, “Ağılar və mərsiyələr padşahı: Cabbarlının pyeslərində diskursun təşkili üsulu”, “Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni”, “Estetik ideal və bədii mahiyyət”, “Qadınların ayağının altındakı cənnət (“Almaz” filmində gender problemi)”, “Cəfər Cabbarlı dilinin sadəliyi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.


18 May 2019
Elmi

"Bu rüsumlar vətəndaşın cibindən çıxarılmağa başlanacaq" - Qənirə Paşayeva - VİDEO

MM-in Dünən keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan yüksək dövlət rüsumu dərəcələrinin nəzərdə tutulması bir çox deputat tərəfindən etirazla qarşılanıb və dəyişiklikdə 32-1 bəndin, yəni yüksək səviyyəli rüsumları özündə əks etdirən maddənin layihədən çıxarılmasını təklif ediblər.

16 May 2019
Elmi

Yaraların sağalması üçün yeni bioyapışqan hazırlanıb

Çin alimləri ultrabənövşəyi şüaların təsiri ilə donan və dərhal daxili orqanların qanaxmasını dayandıran xüsusi bioyapışqan hazırlayıblar.  

15 May 2019
Elmi

Alimlər kosmosda insanın sağlamlığına nəzarət edən datçik yaradıblar

Skoltexa və Moskva Fiziki-Texniki İnstitutunun alimləri orbitdə insanın sağlamlığına nəzarət edən kardiodatçik yaradıblar. Bu haqda "Russkiy kosmos" jurnalında dərc olunmuş məqalədə deyilir.

13 May 2019
Elmi

Bakı Ali Neft Məktəbində ikili diplomlu yeni MBA proqramı tədris ediləcək

Azərbaycanda ilk dəfə ikili diplomlu Neft və Qaz Menecmenti üzrə yeni MBA proqramı tədris ediləcək.

8 May 2019
Elmi

Mayın 12-də 32 173 abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.