Ürək xəstəlikləri, yaddaş zəifliyi və depressiyanın qarşısını alan ƏDVİYYAT

Ürək xəstəlikləri, yaddaş zəifliyi və depressiyanın qarşısını alan ƏDVİYYAT
01 Apr 2019 10:24

Günümüzün ən bahalı ədviyyatlarından biri olan zəfəran lap qədim zamanlardan dərman maddəsi olaraq istifadə edilir.

Bu bitki ürək xəstəlikləri, iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərin müalicəsində faydalıdır.

Ürəyə faydaları

Zəfəran ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir.

Xərçəng əleyhinə xüsusiyyəti var

E-tibb.az bildirir ki, zəfəran karotenoidlərlə zəngindir. İki ana karotenoidi krosin və krosetindir ki, bunlar qidalara sarı rəng verir. Araşdırmalar zəfəranın xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu göstərmişdir. Bəzi tədqiqatlar bu ədviyyatın prostat və süd vəzi xərçənginə qarşı anti proliferativ (çoxalmağın qarşısını alan) təsiri olduğunu ortaya çıxarıb. Bundan əlavə, leykoz hüceyrələrinin böyüməsinin qarşısını aldığı və ağciyər xərçənginə qarşı pro apoptotik (programlanmış hüceyrə ölümünü xəbərdar edən) təsiri olduğu aşkarlanıb.  

İştahanı nizamlayır

Arıqlamaq istəyənlər zəfəranı sınaqdan keçirə bilərlər, çünki yemək istəyini aradan qaldırır. Bununla bağlı aparılmış təcrübə zamanı zəfəran qəbul edən qadınlarda iştahanın 55% azaldığı müəyyənləşib.

Zəfəran beynin serotonerjik sistemini hədəfləyərək, yemək arzusunu aradan qaldırır. Bu sistem iştah, ruh halı, hətta şəkər istəyinə təsir edir.

Antidepressant təsiri var

Zəfəran ənənəvi fars təbabətində antidepressant kimi istifadə olunub. Son tədqiqatlar da bu ədviyyatın insanın əhvalını yaxşılaşdırmaqda faydalı olduğunu təsdiqləyir. Belə ki, 6 həftəlik bir araşdırma zamanı xəstələr gündəlik 30 mg zəfəran qəbul ediblər. Sonda  iştirakçılarda depressiya əlamətlərinin xeyli azaldığı müəyyənləşib. Araşdırmaçılar belə bir nəticəyə gəliblər ki, zəfəran zəif və orta dərəcəli depressiyalarda istifadə olunan dərmanlarla eyni təsirə malikdir.

Yaddaş funksiyalarını artırır

Heyvanlar üzərində aparılan araşdırmalar zəfəranın demans (ağılın zəifləməsi) və yaddaş itkisinə qarşı güclü təsirə malik olduğunu göstərməkdədir. Aparılan klinik tədqiqat zamanı isə zəif və orta dərəcəli Alzheimer xəstələrinin istifadə etdiyi ənənəvi dərman qədər faydalı olduğu müəyyənləşib.

Yan təsirləri  

Adətən 6 həftəyə qədər qəbul etmək olar. Yan təsirlərinə ağız quruluğu, baş gicəllənmə, keyimə, mədə bulantısı, iştaha dəyişikliyi və baş ağrısı daxildir. Bəzi adamlarda allergik reaksiyalar ortaya çıxa bilər. Ağız yoluyla yüksək miqdarda qəbul etdikdə zəhərlənməyə, dəri, göz, selikli qişalarda saralmaya, qusma, baş gicəllənməsi, qanlı ishal, burun, dodaq və göz qapaqlarında qanama və keyiməyə səbəb olar. 12-20 qramlıq dozalar ölümə gətirib çıxara bilər. Depressiya və Alzheimer kimi problemlərdə gündəlik istifadə 30 mq-nı keçməməlidir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.