Halvanın az olduğuna əsəbiləşdi, qəbirlərə hücum çəkdi

Halvanın az olduğuna əsəbiləşdi, qəbirlərə hücum çəkdi
01 Apr 2019 16:32


Şəmkirdə 61 qəbirin güldanları dağıdılıb.

Bu barədə realpress.az-a Yuxarı Keçili kənd bələdiyyəsindən məlumat verilib. 

Məlumatda bu cür halın kənddə ilk dəfə yaşandığı bildirilib: 

“Qəbirlərin üzərindəki güldanlar yerindən qoparılıb. Güldanlar tam sınmayıb, zərbə təsirindən qopub. Qəbiristanlığa gələn sakinlər hadisədən xəbər tutduqdan sonra polisə məlumat veriblər. 

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin ruhi xəstə olan 27 yaşlı kənd sakini Coşqun Sabir oğlu Nəcəfov olduğu müəyyənləşib. O, polislər tərəfindən şöbəyə aparılıb”, - deyə qeyd edilib.

Həmin şəxs hadisəni törətməsinə səbəb kimi martın 31-də kənddəki yas mərasimində ona verilən halvanın az olmasına əsəbiləşdiyini göstərib.

Faktla bağlı araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.