Aritmiya nədir? – Gənclərdə aşkarlanan ürək probleminin sirri

Aritmiya nədir? – Gənclərdə aşkarlanan ürək probleminin sirri
01 Apr 2019 17:33

Aritmiya – ürək-damar sisteminin geniş  yayılmış bir xəstəliyidir. Bu problem son zamanlar gənclər, hətta yeniyetmələrdə də aşkarlanır. 
Mersatel aritmiya kardioloq və aritmioloqa müraciət etmək üçün ciddi səbəbdir.
Medicina.az dəbdə olan xəstəliyin əlamətlərini təqdim edir.
Aritmiya ürək əzələsinin xəstəliyi olub, ürəyin yığılıb açılması hərəkətləri tezliyinin pozulmasıdır. 
Yaranma səbəbləri:
- Kəskin və xroniki ürək əzələri xəstəlikləri – miokardit, perikardit, anadangəlmə və qazanılmış ürək qüsuru
- Döş qəfəsinə zərbə, travma nəticəsində daxili orqanlara təzyiq
- Bir çox dərmanların doza həddinin aşılması
- Narkotik maddələr
- Orqanizmin uzun müddət susuzlaşması
- Alkoqol 
- Qanxanvari vəzi hormonal pozuntular
Aritmiya zamanı ürək yığılmalarının sayı və impulsu artır, ritm pozulur, təzyiqi ölçdükdə nəbz 120-ni keçir.
Aritmiya uzun müddət simptomsuz, gizli keçir, ciddi əlamət vermir. Əgər biruzə verdisə, ikiqat güclü təsirlə başlayır.
Əlamətləri: 
Stress, nevtroz və panik atak halına çox bənzəyir: ürəyin çırpınması, soyuq tər, qorxu, ölüm qorxusu, xəstə özünə yer tapmır, döş qəfəsində sıxılma, ağrı, nəfəs çatmaması, tez-tez nəfəs alma, baş gicəllənmə, bu an huşunu itirəcəkmiş kimi hiss. Həyəcandan sidik ifrazı, bədəndə halsızlıq, düşüncənin ləngiməsi. Bir sözlə, insan qəfil yaxalanır, öləcəyini düşünür. 

Müalicəsi
Əgər vaxtında diaqnoz edilib müalicə olunmazsa, kəskin ürək çatışmazlığı və tromboemboliya ilə nəticələnə bilər. 
Diaqnoz üçün EKQ, EXQ aparat müayinəsi, marker, koaloqramma analizi tələb olunur.
Müalicəsi yaxşı olar ki, aritmioloq tərəfindən təyin olunsun. Ağır hallarda invaziv əməliyyatla aritmiya ocağı yandırılır.
 
 
Bütün ürək problemlərinin müayinəsi üçün Bioloji Təbabət klinikasına müraciət edə bilərsiz:
 

Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.