O hadisə uşaqlığımızın son gecəsi idi – Tahir İmanov (VİDEO)

O hadisə uşaqlığımızın son gecəsi idi – Tahir İmanov (VİDEO)
02 Apr 2019 09:18

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları olub.

 Tahir İmanov 1 apreldə başına gələn maraqlı əhvalatdan danışıb: 

“Ən məşhur 1 aprel zarafatı 1995-ci ilə təsadüf edir. O vaxt biz Heydər Əliyev sarayında aprelin 1-i komandayla çıxış etməli idik. Danışdıq ki, 1 aprel günü saat 2-də əsas məşqi keçirək. Ondan sonra 1, 2 saat istirahət edək və axşam saat 7-də də konsertimizə çıxaq. Bəhram 31-i gün mənə zəng edib dedi ki, vaxt dəyişib, sən saat 10-da gəl. Mən də dəqiq, punktual adam kimi 10-nun yarsı orda oldum. Gəlmişəm sarayın arxa qapısına və heç kim yoxdur. Təkcə mühafizə xidmətinən olan bir nəfərdir. Məni görüb təccübəndi ki, qardaş nə olub, nə xəbərdir? Deyirəm ki, məşqə gəlmişəm. Deyir ki, axı heç kim yoxdur. Birazdan gələrlər dedim və 3 saat yarım mən bunları gözləmişəm. Sonra gördük ki, Bəhram gülə-gülə gəldi”.

Əməkdar artist gülüş günü özlərinin xalq artisti Bilal Əliyevə etdiyi zarafatdan da söhbət açıb:

“Anar Məmmədxanov xalq artistinin sənətini çox sevirdi, ona böyük dəyər verirdi. Biz birlikdə Amerikaya getmişik. Hətta Bilal Əliyev Nyu-York-da “Planet Parni iz Baku”nun konsertində də iştirak edib. Çox yaxın ünsiyətimiz var idi, o qədər yaxın idik ki, zaraftlaşa da bilirdik. Dedim sabah, yəni aprelin 1-i Anarın çox vacib qonaqları olacaq. Sən ora bir surprizlə əlində qaval, başında papaq və bir dəstə gülnən, içəri girəndə təsnifdən və ya müğamdan oxuya-oxuya gəl. Bir də gördüm ki, Anar zəng edir ki, neynəmisiz?.. İndi belə zarafatlar etmirik. Demək olar ki, uşaqlığımızın son gecəsi idi”.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.