Lotu Qulinin adamına hökm oxundu

Lotu Qulinin adamına hökm oxundu
03 Apr 2019 11:11

Moskvanın Zamoskboretsk rayon məhkəməsi  2 milyon rublu mənimsədiyinə görə saxlanılan "Afo" ləqəbli azərbaycanlı "vor zakon" Fuad Rzayev barəsində hökm oxuyub.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Moskva" agentliyinə Rzayevin vəkili Müslim Camalutdinov məlumat verib. 

Onun sözlərinə görə, F.Rzayev haqqındakı ittihamları qəbul edib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Fuad Rzayev 14 fevral 2018-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Dolqoprudnıy şəhərində saxlanılıb. İstintaq zamanı onun hazırda Dubayda gizlənən "Lotu Quli"nin emissarı olaraq iş adamlarından hədə-qorxu ilə hər ay ümumilikdə 2 milyon rubl aldığı məlum olub. 


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.