Sumqayıt sakini ailəsinin gözü önündə özünü yandırdı

Sumqayıt sakini ailəsinin gözü önündə özünü yandırdı
03 Apr 2019 11:17


Sumqayıt sakini ailə üzvlərinin gözü qarşısında özünü yandırıb.

Realpress.az istinadla bildirir ki, bu barədə  Oxu.Az-a  şəhər Polis idarəsindən məlumat daxil olub.

Aprelin 2-də, gecə saatlarında 58 yaşlı Dadaşov Kamil İmaməddin oğlu yaşadığı evdə üzərinə benzin tökərək, özünü oda verib.

Bu zaman K.Dadaşovun yaxınları evdə olub. Onlar qorxulu mənzərəni görən kimi dərhal müdaxilə edərək, alovu söndürüblər. Zərərçəkən xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə, K.Dadaşovun bədəninin 70 faizi yanıb, onun sağ qalacağına ümid azdır.

Həmin şəxsin özünü yandıran zaman içkili vəziyyətdə olduğu müəyyən edilib.

K.Dadaşovun yaxınları onun spirtli içki alüdəçisi olduğunu təsdiq edib.

Sumqayıt sakininin həmin gün intihar etməyə çalışdığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.