Qanazlığını təyin edən ən sadə test

Qanazlığını təyin edən ən sadə test
04 Apr 2019 10:41

Qanazlığı (anemiya) ən yayılmış sağlamlıq problemlərindən biri sayılır.

Anemiyaya daha sıx-sıx qadın və uşaqlarda təsadüf edilir.

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, qanazlığının əsas səbəbi qanda hemoqlobinin səviyyəsinin aşağı olmasıdır. Hemoqlobin qan hüceyrələri olan eritrositlərinin tərkibində olan xüsusi zülaldır. Hemoqlobin orqanizmdə "taksi" funksiyasını yerinə yetirir - həyati vacib olan oksigeni orqan və toxumalarda çatdırır. Hemoqlobinin strukturuna dəmir atomları daxildir. Məhz bu dəmir atomları qana spesifik qırmızı rəng verir.

Orqanizmdə dəmir çatışmazlığı zamanı qanazlığı (anemiya) inkişaf edir. Qanazlığının əsas simptomlarından biri deri və selikli qişaların rənginin solğul olmasıdır. Qanazlığını təyin edən ən sadə test də elə məhz bu simptomu aşkar edir.

Güzgünün qarşısında durub aşağı göz qapağını bir qədər aşağı çəkin. Normada onun rəngi parlaq-çəhrayıdır. Lakin qanazlığı zamanı onun rəngi solğun-çəğrayı və hətta sarımtıl olur.

Əgər sizdə bu simptom varsa, vaxt itirmədən həkimə müraciət edin. Qanazlığı çox təhlükəli pozulmadır və bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.  


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.