BMT Azərbaycandan əlavə hərbi qüvvə istəyib

BMT Azərbaycandan əlavə hərbi qüvvə istəyib
04 Apr 2019 14:57

“Biz kadr hazırlığında NATO-nun imkanlarından istifadə edirik”.

Realpress.az-in ONA-ya istinadən məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib.

Müdafiə naziri qeyd edib ki, zabitlərimiz NATO-nun müxtəlif təlimlərində, kurslarında iştirak edir. 

 

Z. Həsənov bu yaxınlarda Nyu-Yorkda BMT-nin sülhməramlı əməliyyatlarının yerinə yetirilməsi üzrə quruma üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirakından da danışıb: “Azərbaycan sülhsevər dövlətdir. Digər tərəfdən, Azərbaycan Ordusunun hazırlığı yüksək səviyyədədir və bunu bütün dünya görür, Ordumuzu da bu proqramlara cəlb edir. BMT dünyada sülhməramlı tədbirlər həyata keçirir, hərbi qüvvələrə ehtiyac var. BMT hansı ordu güclüdürsə, ona müraciət edir. BMT Azərbaycana da müraciət etdi. Siyasi qərar olduğundan azərbaycanlı zabitlər bu sülhməramlı əməliyyatlarda iştirak etməyə başlayıblar. Mən son tədbirdə BMT baş katibi və baş katibin müavini ilə də görüşdüm. BMT Baş katibinin müavini  ilə geniş müzakirə apardıq. Onlar yenə bizə müraciət edib, sülhməramlı əməliyyatlar üçün əlavə hərbi güc istəyiblər. Təbii ki, bu, siyasi məsələdir. Mən bunların hamısını təhlil edib, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə yazılı raport verəcəm. Qərar Ali Baş Komadan tərəfindən qəbul ediləcək. Ancaq bu gün BMT-nin bizə müraciət etməsinin özü də bir göstəricidir. Azərbaycan düzgün yoldadır və biz gələcəkdə də dünyada sülhə töhfə verəcəyik”.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.