Şokolad ən yayılmış xəstəliyi müalicə edir. Hər gün yalnız bir neçə tikə!

Şokolad ən yayılmış xəstəliyi müalicə edir. Hər gün yalnız bir neçə tikə!
05 Apr 2019 12:24

ABŞ alimləri araşdırma zamanı sübut ediblər ki, hər gün şokolad yeməklə arterial təzyiqi normallaşdırmaq və hipertoniyanın gedişatını yüngülləşdirmək mümkündür.

Hipertoniya dünyada ən yayılmış pozulmalardan biridir. Uzun müddət ərzində mövcud olan və kontrol olunmayan hipertoniya çox ağır fəsadların inkişafına (ağır böyrək və göz xəstəlikləri, infarkt, insult) səbəb olur.

Saglamolun.az The Sun-a istinadla xəbər verir ki, mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə hər gün bir neçə tikə tünd şokoladı yeməyi tövsiyə edirlər. Nəticə artıq 1 aydan sonra görünəcək.

Nəzərinizə çatdıraq ki, söhbət məhz tünd şokoladdan gedir (tərkibində kakaonun miqdarı 70%-dan çox olmalıdır). Bu şokolad güclü antioksidantlar olan flavonol maddələri ilə zəngindir.

Tünd şokoladın digər faydalı xüsusiyyətləri arasında:

- ürək və damarların sağlamlığına müsbət təsir edir

- stressi azaldır

- qocalmanı ləngidir

- orqanimin tonusunu artırır

- sinir sisteminin hüceyrələrini qoruyur

- şəkərli diabetin riksini azaldır

- yaraların sağalmasını tezləşdirir

- görməni yaxşılaşdırır

- yaddaşı yaxşılaşdırır

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.