Xarici KİV-lər Azərbaycan hekayələrinin Fransa təqdimatından yazıb

Xarici KİV-lər Azərbaycan hekayələrinin Fransa təqdimatından yazıb
05 Apr 2019 12:47

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği layihəsi çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan ədəbiyyatı antologiyası” və kitabın təqdimatıyla bağlı Strasburqda keçirilmiş tədbir yerli və xarici KİV-də – Rusiyanın və Belarusun nüfuzlu portallarında geniş işıqlandırılıb.

Realpress.az istinadla bildirir ki, bu barədə AZƏRTAC-a Tərcümə Mərkəzindən bildirilib.

Məlumatda deyilir: “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Strasburqun mərkəzi “Kleber” Kitab Evində baş tutan tədbirdə Fransanın tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, o cümlədən Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fransanın “Kapaz” Nəşriyyat Evi tərəfindən nəşr edilmiş kitabda İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, İlqar Rəsul, Şərif Ağayar kimi Azərbaycan yazıçılarının hekayələri yer alıb”.

Materiallarla aşağıdakı linklərdən tanış olmaq olar:

http://sozvuchie.by/component/k2/item/5957-vo-frantsii-prezentovali-antologiyu-azerbajdzhanskoj-literatury.html

http://fnkaa.ru/во-франции-состоялась-презентация-кн/

https://atalar.ru/vo-frantsii-sostoyalas-prezentatsiya-knigi-antologiya-azerbajdzhanskoj-literatury.html

 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.