Pediatr: Uşağı şirin çayla böyütmək olmaz!

Pediatr: Uşağı şirin çayla böyütmək olmaz!
06 Apr 2019 10:30

Azərbaycanda çox anaların uşağı müəyyən dövrdən sonra şirinçaya alışdırması vərdişi getdikcə fəsadlarını göstərməkdədir.

Mütəxəssislər uşaq  orqanizmi üçün şəkərli çayın zərərli olduğunu bildirir.

Realpress.az Medicina.az-a istinadla bildirir ki, həkim pediatr Abdullayeva Gülnar anaların körpələri şirin çaya öyrəşdirməsini ciddi səhv adlandırıb:

"Şirin çay və şirin su asan mənimsənilən karbohidratdır. Buna görə gə uşaqlarda tez doyma hissi yaradır. Beləliklə balacalar lazımı qidalardan imtina edir. Ümumiyyətlə, uşaqlara 6 ayına kimi şirinçay vermək qəti qadağandır.

Ana südü 90% sudan ibarətdir. Ona görə də onlara şirin su verilməsinə ehtiyac görülmür. Amma uşaq  əlavə qidalara keçdikdə, isti yay aylarında heç bir əlavə qatqı olmadan adi su verilə bilər".

Bəs uşağa kəmşirin çay vermək olarmı? Xüsusən uşaq gecələr oyananda onu sakitləşdirmək üçün dərhal kəmşirin çay verməsinin səbəbi nədir?

"Şirin çayla kəmşirinin heç bir fərqi yoxdur. Ümumiyyətlə çay kalsium mübadiləsinə mənfi təsir göstərir. Uşaq müxtəlif səbəblərdən gecə yuxudan oyanıb ağlaya bilər. Acan uşağa şirin çay verib guya toxlaşdırmaq, sakitləşdirmək, sonradan uşağı şirin çaya öyrəşdirərək, gecələr təkrar-təkrar oyanmaların sayını artıracaq.

Xüsusən şirin çayla dolanan uşaqlarda çox kəskin iştahsızlıq olur. Valideyn müraciət edəndə deyir: uşağım heç nə  yemir. Menyunu soruşuruq, araşdırırıq, sonda məlum olur ki, yemək yemirdi, ana da bir stəkan şirin çay verirdi.

Bir çox ana gecə yuxusuna haram qatmaq istəmir. Əgər gecə uşağa şirinçay versək səhər işdahsızlıq yaranır.

Şirinçay əmziklə əmizdirildikdə dişlərin çox tez çürüməsinə, kariesin əmələ gəlməsinə, süd dişlərinin vaxtından əvvəl düşməsinə səbəb olur. Bu da arzuolunmayan bir vəziyyətdir. Bu halda uşaq ağzında yeməyi yaxşı çeynəyə bilmir, çeynəmədən udulan qidalar isə mədədə problemlərə yol açır. Ümumiyyətlə nəinki gecə, gündüz də şirinçay tövsiyyə olunmur".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.