Bakıda “Kukla evi” adlı beynəlxalq sərgisi açılacaq

Bakıda “Kukla evi” adlı beynəlxalq sərgisi açılacaq
10 Apr 2019 10:50

Aprelin 12-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində müasir incəsənət üzrə “Kukla evi” adlı beynəlxalq sərgisi açılacaq.

Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərginin adı 1879-cu ildə Henrik İbsen tərəfindən yazılmış bir pyesdən götürülüb. Dram əsəri həmin dövrdə Norveçdə öz bacarıqlarını göstərmək və reallaşdırmaq üçün çox az imkanları olan evli bir qadının taleyindən bəhs edir. Dünyada ən çox ifa edilən əsərlərdən birinə çevrilən bu parça öz dövründə teatr mühitindən kənara çıxdığı zaman qəzəb fırtınasına səbəb olub. H.İbsen ssenari seçimini, “qanunların kişilər tərəfindən təyin edildiyi, qadınların həyatları haqqında qərarları kişi hakimlər və prokurorlar tərəfindən verildiyi cəmiyyət”i təsvir etmək istəyi ilə əsaslandırıb. Bu gün dünyanın əksər bölgələrində qadınlar İbsenin yaşadığı dövrdəki qadınların çətinliklərini yaşamırlar. Cəmiyyət inkişaf etdikcə qadın və kişi arasındakı münasibətlər də inkişaf edir.

“Kukla evi” bu münasibətləri geniş əhatə edən qrup sərgisidir. Sərgi həm də müasir sənətdə qadınların təmsilçilik məsələsinə həm tənqidi, istehza və həm də məzhəkə ilə yanaşır.

Andre Severonun “Vestigio” adlı işi, film pioneri sayılan və H.İbsenin müasiri olan, E. Maybridc tərəfindən XIX əsr gənc qadınların təsvirlərinin toplusundan ibarətdir; videoda qızların oynaq rəqsləri nə bir başlanğıcı, nə sonu, nə də bir ardıcıllığı olmayan, sanki ölüm və diriliş arasında bir keçid kimi qəbul edilə bilər.

Anastasia Veprevanın “O məcburdur” adlı işi, Rusiyada hökumət televiziya kanallarında evliliyin patriarxal modelini təbliğ edən, yeniyetmə qızları balaca şahzadə kimi davranmaları və evdar qadın düşüncəsi ilə böyümələrinə təşviq edən verilişlərdən seçilmiş hissələrdən ibarətdir.

Sabina Şıxlinskayanın “İki kanallı video” materialı, Korgöz kənd sakini olan bir qadının real həyat hekayəsindən bəhs edir. “Başladığın işi bacarana qədər et” prinsipi ilə Avropaya qədər gəlib çıxan və Azərbaycanı qadın liderlik təlimində təmsil edən bu qadının maraqlı və məzəli hekayəsini izləyə bilərsiniz.

Burak Delierin “Böhran və nəzarət” adlı videosu həm kişi, həm də qadın işçilərin hüdudsuz məhsuldarlığa və nəticəyə köklənmiş əmək mədəniyyəti nəticəsində verdikləri qurbanlardan bəhs edir. İş stressini aradan qaldırmaq və arzu olunan uğur imicini yaratmaq üçün, yetkinlik yaşına çatanların əksəriyyəti həyatının hər bir addımını sosial media üzərindən nümayiş etdirir.

Endi Kasyerin fotolayihəsi bu mədəniyyətə istinad edir. Bu məqsədlə o, həssaslıqla iş və zövq üçün dünyanı səyahət edən şişirdilmiş uğurlu bir iş adamının obrazını yaradır. Onun yeni Selfi necə çəkilməlidir adlı seriyaları rəqəmsal texnologiyalar dövründə kişi fərdlərinin özlərini necə təqdim etdiklərini əks etdirir.

Frenk Til incəsənətdə qadın təmsilçiliyi mövzusuna müraciət edir. Frenk Til Havana seriyasında 15 yaşını qeyd edən gənc qadının tam boy ölçüsünə uyğun portretlərini göstərir, bu adət Latın Amerikasında yeniyetməliyə yenicə qədəm qoyan qadınlar arasında geniş yayılıb. Eyni zamanda, Til Havananın unikal şəhər landşaftını vizual olaraq sərgiləyir.

Bu böyük ölçülü əsərlərin əksinə, Leyli Ələkbərovanın təqdim etdiyi iş kuklaların fotoşəkillərindən ibarətdir. Qadınların interpretasiyasında seksuallıq daha sonra sərgidə Lea Şraqerin müsbət bədən (body positive) işi ilə davam etdirilir. Onun “Çəhrayı kölgələr” adlı işi internetdə fərqli qadın şəxsiyyətlərini, bloger-qızdan tutmuş, “instagram” modeli, və digər qadın təsvirlərini təqdim edir.

Abdulrazaq Avofesonun heykəlləri və Vüsal Rəhimin incə təsvirləri məcbur edilmiş rollar və davranış nümunələri arasında alleqorik bir qarşıdurmanı əks etdirir. V.Rəhimin 2002-ci ildən davam edən “Qonağın gündəlikləri” cinsi mənsubiyyətdən daha çox insanın hissləri və düşüncələrinə diqqət yetirir. Viktoriya Sin Baxışla bağlı refleksiyanın povestik təsviri adlı video işində öz alter-eqo nöqteyi - nəzərindən gender mövzusunu təqdim edir.

Kuratorları Alfons Huq və Əsli Səmədova olan sərgi mayın 18-dək ziyarətçilər üçün açıq qalacaq.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.