Masallıda 2 uşaq atası özünü güllələdi - FOTO

Masallıda 2 uşaq atası özünü güllələdi - FOTO
13 Apr 2019 09:07


Masallıda güllələnmə hadisəsi baş verib.

Hadisə gecə saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2 uşaq atası olan kənd sakini, 34 yaşlı Rafael Valeh oğlu İbişov özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində döş nahiyəsindən xəsarət alıb

O, qohumlarının köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb. 

Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Döş nahiyəsindən güllə çıxarılan R.İbişov əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.