Azərbaycanlı rəssamın Londonda fərdi sərgisi açılacaq

Azərbaycanlı rəssamın Londonda fərdi sərgisi açılacaq
13 Apr 2019 11:32

Mayın sonlarında Londonda fərdi sərgimin açılışını planlaşdırıram.

Realpress.az istinadla bildirir ki,bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycanın Əməkdar rəssamı Vüqar Muradov deyib. Onun sözlərinə görə, artıq sərginin keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır.

1989-cu ildən xaricdə – Vaşinqton, Tehran, Moskva, Paris, Lüksemburq və başqa ölkələrdə sərgilərinin açıldığını söyləyən rəssam Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində işlərini davam etdirəcəyini bildirib.

“Bu gün Azərbaycan dövlətinin mədəniyyətə böyük qayğısı var. Ölkəmizin istedadlı rəssamları bu qayğıdan, diqqətdən qaynaqlanaraq Azərbaycan mədəniyyətini dünyada tanıdırlar”, - deyə rəssam əlavə edib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.