Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü - YENİLƏNİB

Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü - YENİLƏNİB
16 Apr 2019 13:16


Günel İsmayılovanın 10 aylıq qızını öldürməsinə ailəsindəki problemlər səbəb olub.

Bu barədə realpress.az-ın bölgə müxbirinə yerli sakinlər məlumat verib. 

Onların sözlərinə görə, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub.

Yeni qurulan ailədə tez-tez münaqişələr baş verib. Boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb.

12:38

Ağdamda ana körpə qızını qətlə yetirib.

ONA-nın xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərrüatı araşdırılır. 

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.