"Real"ın baş məşqçisi Zinəddin Zidan cari mövsümün sonunda ediləcək transferlərlə bağlı açıqlama verib.
Realpress.az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis, Kriştiano Ronaldonun komandadakı yerinin dolmayacağını bildirib:
"Komandada satıla biləcək bir çox futbolçumuz var, yaxşı heyətə sahibik. Bir neçə futbolçumuz çox sayda klubların maraq dairəsindədir. Mövsümün sonunda nələr olacağını görəcəyik.
Ronaldonun komandadakı yeri dolmayacaq. Təbii ki, transferlər edəcəyik, amma gələn futbolçuların Ronaldonun etdiklərini bacarmayacağını bilməliyik".
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.