Azərbaycan və Belarus Türkiyədə traktor istehsal edəcək

Azərbaycan və Belarus Türkiyədə traktor istehsal edəcək
16 Apr 2019 14:44


Türkiyənin Kırıkkale şəhərində Belarus traktorları istehal edəcək zavodun tikintisi başa çatmaq üzrədir. Müəssisə iyul ayında istismara veriləcək.

BelTA”nın məlumatına görə, Minsk traktorlarının yığılacağı zavod Azərbaycanın Gəncə avtomobil zavodunun dəstəyi ilə inşa olunur.

Məlumatda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin uzun illər Minsk traktor zavodu ilə əməkdaşlıq etməsi vurğulanır. Türkiyə bazarı üçün xüsusi olaraq Avro-4 ekoloji standartına cavab verən “BELARUS-1221” modeli istehsalı olunacaq.

Bu barədə Minsk Traktor Zavodunun baş direktoru Fyodor Domotenko jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin sıx əlaqələrinin olması hesabına təkcə zavodun bir korpusunun tikintisində bir milyon dollara yaxın vəsaitə qənaət ediblər.

“Türkiyə ilə bu sxemlə əməkdaşlıq Belarus üçün faydalıdır. MTZ bundan sonra da Gəncəyə maşın komplektləri tədarük etməyə davam edəcək, artıq daha böyük həcmlərdə. Zavod onların üzərində işləyib, yekun yığım üçün Kırıkkaleyə göndərəcək”, - deyə Domotenko bildirib.

Kırıkkalede aparılan işlərin nəticəsi ilə tanış olmaq üçün Kırıkkaleyə Belarus, Azərbaycan və Türkiyənin nümayəndə heyətləri gəlib.

Belarus baş nazirinin müavini İqor Lyaşenkonun bildirdiyinə görə, Kırıkkaledəki zavodun istehsalat gücü üç min ədəd traktor yığmağa imkan verəcək.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.