Sumqayıtda qısqanc ər arvadına 40 bıçaq zərbəsi vurdu — MƏHKƏMƏ

Sumqayıtda qısqanc ər arvadına 40 bıçaq zərbəsi vurdu — MƏHKƏMƏ
17 Apr 2019 12:13

Sumqayıt şəhərində arvadını qətlə yetirməkdə təqsirli bilinən Ağayev Yaqub Şirin oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Realpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 26-na təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Sumqayıt şəhərinin on birinci mikrorayon ərazisində baş verib. Şəhər sakini, 26 yaşlı Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Hadisə yerinə gedən polislər qadının nə dərəcədə amansızlıqla öldürüldüyünü görüb şoka düşüblər.

Patoloqoanatomlar gənc qadının bədənində 40-a yaxın bıçaq yarası sayıblar. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb. İstintaqın ilkin versiyasına görə, kişi həyat yoldaşını qısqanclıq zəminində öldürüb.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.