Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var

Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var
19 Apr 2019 08:58


“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Keşlə” klubu ilə 3:0 hesabı ilə nəticələnmiş görüşdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

realpress.az xəbər verir ki, jurnalistlərin “Neftçi”yə öz gücünüzü göstərmək istəyirsiz?” sualına məşqçi “Qətiyyən belə fikir yoxdur. İşimizlə məşğuluq” cavabını verib.

“Oyunçularımı təbrik edirəm. Qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdilər. Hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq  asan olmadı. Futbolçulardan sərt tələblərimiz var.

Dünya futbolunda belə hesablar çox olur. Dekabradək çox çətin idi. Həmişə belə olub. Son iki turda ardıcıl 3:0-lar olsa da, heç nə asan olmadı. Sadəcə, qol şanslarımızdan istifadə etdilər. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Digər hesablara da hazır olmalıyıq”, - deyə o bildirib.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.