Vəhşi it körpəni beşikdən oğurladı - FOTO

Vəhşi it körpəni beşikdən oğurladı - FOTO
19 Apr 2019 11:01


Avstraliyanın şərqində yerləşən Freyzer adasında dinqo (vəhşi it növü - red.) treylerə daxil olaraq, beşikdə yatan 14 aylıq körpəni oğurlayıb.

Bu barədə Avstraliyanın “News.com.au” portalı məlumat yayıb.

Uşağı yırtıcının yeminə çevrilməkdən ən son anda atası qurtarıb. O, vaxtında oyanaraq sayıqlığı itirməyib və yırtıcının dalınca qaçıb. İtə çataraq, azyaşlı oğlunu ondan alıb. Ətrafda başqa bir neçə dinqo da olub və ata uşağını qorumaq üçün onlarla savaşmalı olub. Dinqo sürüsünü qovmağa nail olduqdan sonra yaralanmış oğlu üçün təcili tibbi yardım çağırıb.

Uşaq baş və boyun nahiyəsinin deşici yaraları və kəllə sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Xilasedicilərin dediyinə görə, uşağın atası vaxtında müdaxilə etməsəydi, bu hücum övladının ölümü ilə nəticələnə bilərdi.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.