Moskvada Azərbaycan-Qazaxıstan qarşıdurması — İdmançımız ağır döyüşə çıxır

Moskvada Azərbaycan-Qazaxıstan qarşıdurması — İdmançımız ağır döyüşə çıxır
19 Apr 2019 13:13

Azərbaycanlı MMA döyüşçüsü, “TT Fight” klubunun üzvü Nəriman Abbasov növbəti döyüşünə çıxacaq.

Realpress.az-ın xəbərinə görə,  aprelin 26-da Rusiyanın paytaxtı Moskvada “Fight Nights Global 93” döyüş proqramı çərçivəsində 10 döyüş keçiriləcək və həmin döyüşlərdən biri  70 kq çəki dərəcəsində mübarizə aparan Nəriman Abbasovla qazaxıstanlı Kuat Xamitovun qarşıdurması olacaq. Moskvanın “Mıtişi” arenasında keçiriləcək döyüşün qalibi turnirin çempion kəmərinə sahib çıxacaq.

 Qeyd edək ki, Nəriman Abbasov 1994-cü ilin fevralın 1-də Qazaxıstanın Çimkənd şəhərində doğulub. 25 yaşlı idmançımız əvvəl karate və sərbəst güləşlə məşğul olub. Səkkiz yaşında ailəsi ilə Azərbaycana köçən Nəriman burada boks üzrə Azərbaycan çempionluğu tituluna yiyələnib. O, iki dəfə MMA üzrə dünya çempionu olub.

Xatırladaq ki ki, Nəriman Abbasov peşəkar MMA-da 26 görüş keçirib və bu döyşlərin 23-də qalib gəlib. Həmyerlimiz ardıcıl səkkiz görüşdür ki, qələbə qazanır.  N.Abbasovun rəqibi 31 yaşlı Kuat Xamitov peşəkar rinqdə Nəriman Abbasovdan bir döyüş az (25) keçirib. O, bunlardan altısında məğlub olub, bir döyüş isə heç-heçə başa çatıb.



25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.