Düşmən mövqelərimizi yenə atəşə tutdu

Düşmən mövqelərimizi yenə atəşə tutdu
20 Apr 2019 11:11

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Bu barədə Realpress.az Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

İşğal altında olan Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


20 İyul 2019
Hərbi

Zakir Həsənov: Ali Baş Komandanın ən əsas tapşırığı yüksək döyüş hazırlığıdır

Zakir Həsənov: Ali Baş Komandanın ən əsas tapşırığı yüksək döyüş hazırlığıdır

18 İyul 2019
Hərbi

Ermənistanla sərhəddə hərbçimiz yaralandı - Elçin Quliyev hadisə yerində

Ermənistanla sərhəddə hərbçimiz yaralandı - Elçin Quliyev hadisə yerində

12 İyul 2019
Hərbi

Təmas xəttində nisbi sakitlikdir

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.