Türkiyədə 9 serial birdən final edir

Türkiyədə 9 serial birdən final edir
20 Apr 2019 13:03

Türkiyənin məşhur serialları bu sezon tamaşaçılarla vidalaşacaq.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, kifayət qədər reytinqi olan layihələr bu mövsüm final edəcək. Onlardan biri Show TV-də yayımlanan "Gülperi"dir.  Səs-küylü layihə 30 mayda efirlə sağollaşacaq.

"Med Yapım" tərəfindən ərsəyə gələn "Kızım" serialı da bu mövsüm final edəcək. İddia olunur ki, şirkət 2010-ci ildə baş rolu Cansu Derenin canlandıracağı yeni serial çəkəcək.

Bundan əlavə, "Med Yapım"ın digər ekran işi olan "Bizim Hikaye" də ekranlarla vidalaşır.  Layihənin sonuncu, 72-ci bölümü mayın 30-da efirdə yayımlanacaq.

Rəsmi açıqlama olmasa da, Kanal D-də yayımlanan "Çoçuklar Duymasın"da bu mövsüm final edəcək. 30 may günü sonuncu bölümü yayımlanan ekran işlərindən biri də "Çarpışma"dır.

"Ay Yapım" tərəfindən çəkilən reytinqli layihə bir sezonluq nəzərdə tutulduğu üçün tamaşaçılarla vidalaşır.

Tarixi layihə olan "Diriliş Ertuğrul"da 2019-da bitəcək seriallar arasındadır.  Bu barədə baş qəhrəman  Engin Altan Düzyatan  açıqlama verib.  O, ekran işinin bu sezon bitəcəyini, gələn mövsüm "Diriliş Osman" adlı layihənin başlayacağını qeyd edib.

Həmçinin, "İstanbullu gelin", "Jet sosyete", "Kuzgun"da final edəcək.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.