Bürcünüz ən gizli niyyətləriniz və düşüncələriniz haqqında

Bürcünüz ən gizli niyyətləriniz və düşüncələriniz haqqında
22 Apr 2019 09:14

Yer üzündə oxşar xarakter cizgiləri və davranış stereotipləri olan minlərlə insan doğulur. Astroloqlar belə oxşarlığı mübahisəsiz fakt - doğum tarixi və planetlərin mövqeyinin insanın taleyinə təsiri ilə izah edirlər.

Realpress.az milli.az-a istinadən bildirir ki, insanların zodiak işarələrinə görə xüsusiyyətlərini öyrənməklə, yadda saxlamaq lazımdır ki, insan bu və ya digər zodiak işarəsinin son üç günündən birində anadan olarsa, o zaman özündən sonrakı bürcün xarakterik cizgilərini daşıyır.

Qoç

Qoçlar bütün dünyanı öz əllərinə ala bilər. Onlar inadkardır və qarşıya qoyduğu məqsədlərə nail olurlar. Onlar bir qayda olaraq, bir az lovğa, amiranə və istehzalıdır. Lakin başqalarının fikirlərini də dinləməli olduğunuzu unutmayın.

Buğa

Buğalar ilk baxışda inadkar görünə bilər, sadəcə onların xoşuna gəlir ki, öz istədikləri kimi hərəkət etsinlər. Onlar üçün loyallıq və etimad vacibdir. Unutmayın ki, siz hərəkət etməli və dəyişməlisiniz.

Əkizlər

Əkizlər ikili şəxsiyyətlərdir, bu, onların fikirlərini tam müəyyən edilməsini çətinləşdirir. Onlar bir qayda olaraq, xarizmatikdir. Ümumilikdə bu bürcün nümayəndələri sadəcə yaxşı vaxt keçirməyi xoşlayır.

Xərçəng

Xərçənglər pərdə arxasında gizlənməyi üstün tutaraq öz iç üzünü göstərməkdən imtina edir. İcazə verin ki, yarınız sizə şəfqət və qayğı göstərsin. Öz düşüncələrinizin dərinliklərində gizlənməyin.

Şir

Şirlər öz hisslərini heç vaxt gizlətmir, onlar diqqət mərkəzində olmağı və hər şeyi olduğu kimi danışmaq istəyirlər. Onlar bir az kobud və xoşagəlməz görünür. Onlarda kim olduqlarına dair güclü hiss var.

Qız

Qızlar məntiqli mütəfəkkirlərdir. Bu bürcün nümayəndələri gözəl insanlardır, əgər baş çıxara bilmədiyiniz böyük probleminiz varsa, onlara müraciət edin, sizə mütləq kömək edəcəklər. Lakin rəğbətinizi itirməmək üçün bu qədər məntiqli olmağa çalışmayın.

Tərəzi

Tərəzilər hər şeydə tarazlığa olan məhəbbəti ilə tanınır və öz yaradılışına uyğun olaraq hərəkət edirlər. Onlar öz xoşbəxtliyini gözləmir, onu özləri yaradırlar.

Əqrəb

Əqrəblərin davranışı tez-tez insanları hədələyir. Onlar bir qədər müəammalıdır, hətta dərin söhbətdən sonra da onları tanımaq çətin ola bilər. Onlar vəziyyətdən asılı olaraq tamamilə başqa bir adama çevrilə bilirlər.

Oxatan

Oxatanlar çox güclü şəxsiyyətlərdir. Onlar macəraları sevir, daim hərəkətdə olur və yeni stimullara ehtiyac duyurlar. Bu bürcün nümayəndələrinə onların fikirlərini dəstəkləyə bilən insanlar lazımdır.

Oğlaq

Onlar tez-tez daxili duyğularına məhəl qoymurlar ki, sadəcə öz işlərini rahat yerinə yetirə bilsinlər. Amma öz fikirlərini dinləməyi öyrənməyin vaxtı çatıb.

Dolça

Siz hisslərə üstünlük verirsiniz. Səyahət edir, yeni mədəniyyətlər və ideyalarla tanış olursunuz. Odur ki, dünyanın zehninizi müxtəlif üsullarla işıqlandırmasına icazə verin.

Balıq

Balıqlar simpatikdir, amma özünü anlamaqla problemləri var. Onlar bir qayda olaraq buqələmundur və daim öz fikirlərini dəyişirlər. Bu bürclər çox həssas və qayğıkeşdir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.