20 ən yaxşı smartfonun adı açıqlanıb

20 ən yaxşı smartfonun adı açıqlanıb
22 Apr 2019 10:37

“Business Insider” nəşri hazırda əlçatan olan və ya yaxın aylarda satışa çıxarılacaq 20 ən yaxşı smartfonun adını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, analitiklərin fikrincə, “OnePlus 6T” qurğusu ən yaxşı smartfondur. Bu cihaz bütün müasir funksiyalara, həmçinin simsiz enerjidoldurma texnologiyasına, yaxşı kameraya malikdir və su keçirmir, ancaq qiyməti eyni funksiya ilə təchiz edilmiş cihazların əksəriyyətindən xeyli aşağıdır.

“Samsung” şirkəti tərəfindən bu yaxınlarda təqdim edilmiş “Galaxy S10e” smartfonu ikinci yeri tutub. Sözügedən cihaz əla ekran, barmaq izi datçikilə təchiz edilib və qiyməti qabaqcıl “Galaxy S10” aparatından ucuzdur.

ABŞ-ın “Apple” şirkətinin “iPhone XR” cihazı üçüncü yerdə qərarlaşıb. Nəşrin müəlliflərinin sözlərinə görə, bu smartfon daha aşağı təsvir ölçülü maye kristal ekrandan başqa “iPhone XS” cihazından heç nə ilə fərqlənmir, amma qiyməti bahadır.

“Samsung” şirkətinin “Galaxy S10 Plus” və “Galaxy S10” aparatları ilk beşlikdə yerləşiblər.

Reytinqə, həmçinin yaxşı kameralarla təchiz edilmiş və “Google” korporasiyası tərəfindən “Android” üçün çıxarılmış yeniləmələri birinci alan “Pixel 3” və “Pixel 3 XL” aparatları, “Samsung Galaxy Note 9”, “iPhone XS”, “iPhone XS Max”, “Samsung Galaxy S9 Plus” və “iPhone X” qurğuları daxil ediliblər.

“Apple iPhone 7” və “7 Plus”, “iPhone 8 Plus”, “iPhone 8” və “Samsung Galaxy S9” kimi köhnə modellər ən yaxşı qurğular kimi elan ediliblər.

Həmçinin “Huawei Mate 20 Pro”, “Razer Phone 2”, “LG V40”, “Moto G7”, “LG G8” və düyməli “BlackBerry Key2” smartfonları reytinqdə yer alıblar.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.