Pediatr: Uşağın gec yeriməsindən narahat olmaq lazım deyil

Pediatr: Uşağın gec yeriməsindən narahat olmaq lazım deyil
22 Apr 2019 13:27

Atalar "Uşaq yıxıla-yıxıla böyüyər" deyiblər. Ona görə də təzə yeriməyə başlayan, uşağın büdrəməsindən, stuldan, divardan tuta-tuta gəzməsindən, hətta bir qədər gec yeriməsindən qətiyyən narahat olmaq lazım deyil.

Əsas odur ki, addım atsın. Addımlar nə vaxtsa yerişə çevriləcək!

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a müsahibə verərkən deyib: "Uşağı tez yeritməyə çalışmaq onun sümüyündə deformasiyalara səbəb olur. Xüsusilə ağır çəkili uşaqlarda yastıpəncəlik problemi yarana bilər. Onurğada müəyyən əyriliyə, deformasiyaya, kefoz, skolioz, onurğanın önə və arxaya əyilməsi baş verə bilər. Eləcə də vaxtından qabaq ayaq üstə duran və yeriyən uşaqların bud-çanaq oynağında sürtülmələr əmələ gələ bilər".

Həkimin dediyinə görə, 8-9 ayına çatmayan uşaqları nəinki yeritmək, hətta ayaq üstə qoymaq da olmaz. Uşağın tez və ya gec yeriməsi onun ayaq üstə qoyulmasından asılı deyil: "Bəzən bir yaşına çatmış uşaq tam sağlam olmasına baxmayaraq yerimir. Hər bir uşaq orqanizminin yeriməyə hazır olmaq vaxtı var. Orqanizm yeriməyə hazırdırsa, uşaq özü qalxıb yeriyəcək. Uşaq təxminən 10-11 aylığından addım atmağa başlayır və təxminən 1 yaşında heç yerdən tutmadan bir neçə addım atır".

Həmin proses 1 yaş 8 aylığına qədər davam edə bilər. Əgər uşaq 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu, tibdə patologiya sayılır. Nevroloq və ya pediatr onun səbəblərini aşkar etməlidir. Bəzən doqquz aylıq uşaqların yeriməsi onda əzələ qıcıqlanmasının yüksək olması, sümüklərin inkişafı və genetik səbəblərlə əlaqədardır. Əzələ hissiyyatı olan uşaqlar tez ayaq üstə dayanır, lakin ayaqlarını tam yerə qoymur və barmaq uclarında dayanır. Gimnastik hərəkətlər və masajla həmin halı aradan qaldırmaq mümkündür.

Realpress.az


17 May 2019
Səhiyyə - Sağlamlıq

17 May Hipertoniya ilə Ümumdünya Mübarizə günü

2006-cı ildə 17 may günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən arterial hipertoniya ilə mübarizə günü elan edilmişdir və bütün dünyada qeyd edilir.

17 May 2019
Səhiyyə - Sağlamlıq

İmsaq və iftarda bunları yemək sizi öldürə bilər - XƏBƏRDARLIQ

Orucluq zamanı orqanizmdə həzm sistemində və maddələr mübadiləsində vacib dəyişikliklər olur.

14 May 2019
Səhiyyə - Sağlamlıq

Soyuq və solğun ayaq ciddi xəstəliklərin əlamətidir

Ayaqlarda problemlər ciddi xəstəliklərin xəbərçisi ola bilər. Sputnik Azərbayacn xarici mətbuata istinadla xəbər verir ki, bəzi hallarda bu ürək-damar və diabetin (şəkər) əlaməti ola bilər.

13 May 2019
Səhiyyə - Sağlamlıq

Diabetin 5 erkən simptomu

Tibb mütəxəssisləri diabet xəstəliyinin beş erkən simptomunu açıqlayıb. Erkən simptomlar həyəcan doğurmasa da, onları nəzarətsiz buraxmaq olmaz.

13 May 2019
Səhiyyə - Sağlamlıq

Bunlar hətta sağlam insanın böyrəklərini sıradan çıxarda bilər!

Böyrək xəstəlikləri bütün dünyada ən yayılmış xəstəliklərdən sayılır.