Xətai stansiyasının açılacağı tarix məlum oldu

Xətai stansiyasının açılacağı tarix məlum oldu
23 Apr 2019 14:25

Bakı metrosunun təmirə bağlanan “Xətai” stansiyasında işlər avqust ayının 10-da başa çatacaq.

Realpress.az istinadla bildirir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, stansiyada təmir işləri avqustun 10-da yekunlaşsa da, onun açılışı təxminən 1 həftə ərzində reallaşacaq.

“Hardasa stansiyanın açılışı avqust ayının ortalarında baş tutacaq. Bu da, təmirdən sonra yoxlama işlərilə bağlıdır”, - deyə qurum rəsmisi bildirib.

B.Məmmədov deyir ki, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb.

“Eskalatorlar artıq quraşdırlıb. Hazırda sazlanma işləri davam edir”.

18 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

18 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

18 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

18 Apr 2024
Cəmiyyət

Başlıbel qətliamından 31 il ötür - VİDEO

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.