Ərdoğandan ermənilərə tərs şillə - VİDEO

Ərdoğandan ermənilərə tərs şillə - VİDEO
25 Apr 2019 08:51


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə təşkil olunan Arxiv simpoziumunda Fransaya, xüsusilə Fransa prezidenti Emmanuel Makrona çox sərt mesajlar göndərib.

“24 apreli “erməni soyqırımı” günü kimi tanıyan Fransa prezidentinə bildirmək istəyirəm ki, son əsrlərdə insanlığın yaşadığı bütün qanlı toqquşmalara görə, məsuliyyəti bu gün azadlıq maskası taxanlar daşımalıdır.

Mən Makrona dedim, bu işlərdə yenisən, xəbərin yoxdur, amma biz Ruanda və Əlcəzairdə baş vermiş soyqırımları unutmadıq. 25 il öncə Ruandada 800 min məsum insanın ölümünə görə məhz Fransa günahkardır. İndi Fransa bizə dərs verir.

Bizə insanlıq dərsi verənlərin özlərinin əlləri qanlıdır. Xaç yürüşlərində 4 milyon insanın ölümünə səbəb nə türklər, nə müsəlmanlardır. İkinci dünya müharibəsi illərində milyonlarla yəhudi ovunu yəqin ki, avropalılar unudublar. Milyonlarca Krım və Ahıska türkünü bir gecədə qatara doldurub ölümə göndərənləri biz unutmadıq, unutmayacağıq.

Biz arxivləri acdıq. Ey ermənilər, ey ermənilərin tərəfini tutanlar, mən arxivləri açmağa hazıram, siz də hazırsınızmı? 2015-ci ildə də bunu təklif etdik, gəlin öncə həqiqəti öyrənmək istəyirsinizsə, arxivləri öyrənən alimləri işə cəlb edək, araşdırsınlar, baxsınlar, sonra siyasətçilərə söz verək”, - deyə o bildirib.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.