Qar uçqununa düşərək həlak olmuş hərbçimizin dəfnində izdiham – FOTO

Qar uçqununa düşərək həlak olmuş hərbçimizin dəfnində izdiham – FOTO
25 Apr 2019 12:04

Martın əvvəlində qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusunun dəfn mərasimi keçirilib. 

Realpress.az istinadla bildirir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Daşkəsən rayonundan anadan olmuş 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu son mənzilə yola salınıb. 

Daşkəsən rayonunda keçirilən dəfn mərasimində 2000 nəfərdən artıq rayon ictimaiyyəti nümayəndələri iştirakı edib. Məmmədov Fərrux Fərman oğlu ailəli idi, şəhidin 1 qız övladı yadigar qalıb.

Qeyd edək ki, 04.03.2019-cu il tarixdə saat 13-00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissənin giziri, 1984-cü il təvəllüldü, Qazax rayonunda anadan olmuş Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1992-ci il təvəllüldü, Daşkəsən rayonunda anadan olmuş əsgər Məmmədov Fərruz Fərman oğlu döyüş postundan qayıdarkən qar uçqununa düşərək həlak olmuşlar.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.