İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi - VİDEO
25 Apr 2019 16:11

Voleybolçu qadınlar arasında ikiqat olimpiya çempionu Jaklin Karvalyu Braziliya Superliqası matçı zamanı müsahibə verərkən huşunu itirib. 

Realpress.az fanat.az-a istinadən xəbər verir ki, 36 yaşlı idmançı "SESI San-Paolo" və "EMS Taubate" komandaları arasında görüşün gedişində jurnalistlərə müsahibə verərkən gözlənilmədən gözlərini yumub və yıxılmağa başlayıb. 

Hətta onun kortun kənarına yıxılması səbəbindən matça bir müddət ara verilib. Ona ilkin müdaxilə edən komandalardan birinin həkimi Serjio Şavyer xanım voleybolçunun ürəyinin getməsinə zaldakı yüksək temperaturun səbəb olduğunu bildirib. Yüksək hərarət idmançının qan təzyiqini qaldırıb, nəticədə o, huşunu itirib.

Qeyd edək ki, Jaklin Karvalyu Braziliya millisinin heyətində 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi olub. Onun aktivində dünya çempionatlarının iki gümüş medalı da var. 


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.