Almaniya KİV-ləri Formula 1-dən yazır

Almaniya KİV-ləri Formula 1-dən yazır
26 Apr 2019 09:00


Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi Almaniyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, “Speed-magazine” idman jurnalının internet səhifəsində dərc edilən məqalədə Formula 1 Azərbaycan Qran-Prisinin digərlərindən çox fərqləndiyi, Bakı Şəhər Halqasının Formula 1 təqvimində ən uzun və ən sürətli marşruta malik olduğu bildirilir. Altı min metrdən çox uzunluğa malik halqada çətin döngələrin və maksimal sürəti toplamaq üçün düz yolun olduğu vurğulanır.

“Motorsport” idman jurnalının internet səhifəsində dərc edilən məqalədə Formula 1 Azərbaycan Qran-Prisinin çox həyəcanverici olduğu qeyd edilir. Bakı Şəhər Halqasının döngələri ilə yadda qaldığı bildirilir. Məqalədə “Red Bull” komandasının pilotlarının Bakı Şəhər Halqasına dair fikirlərini əks etdirən videoçarx yerləşdirilib.

“Augsburger Allgemeine” qəzetinin saytında dərc edilən məqalədə də Bakı Şəhər Halqası haqqında məlumat verilir.

Eyni məzmunlu məqalələr Almaniyanın “Berliner Morgenpost”, “Speedweek”, “Badische Neueste Nachrichten”, “Motorsport Magazin”, “Motorsport Total”, “Rheinpfalz” və digər qəzet və jurnallarında da dərc olunub.

Realpress.az


19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.

18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.