Fikri səsə çevirən implant yaradılıb

Fikri səsə çevirən implant yaradılıb
26 Apr 2019 10:06

Kaliforniya Universitetinin nevroloqları beyin siqnallarını dekodlaşdıran və onları sintezlənmiş nitqə çevirən implant yaradıblar. Texnologiya əsasında neyron nitq protezlərinin yaradılması planlaşdırılır. Perspektivdə bunun insult, kəllə-beyin travması və Parkinson xəstəliyi, dağınıq skleroz və yan amiotrofik skleroz kimi müxtəlif neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən insanlara normal ünsiyyət qurmağa kömək edəcəyi gözlənilir.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, nevroloji cərrahiyyə professoru Edvard Çanq bildirib: "Tarixdə ilk dəfə biz insan beyninin aktivliyi əsasında bütöv şifahi cümlələri generasiya edə bilirik. Bu onu sübut edir ki, artıq mövcud texnologiya vasitəsilə danışıq qabiliyyətini itirən xəstələr üçün kliniki baxımdan işlək qurğu yaratmaq mümkündür".

Məlumata görə, implant xəstənin beyninə yerləşdirildikdən və siqnalları skan etdikdən sonra alınan informasiyanı dekodlaşdırır və onu sintezlənmiş nitqi generasiya edən digər cihaza ötürür.

E.Çanqın sözlərinə görə, səsin anatomiya ilə dəqiq müqayisəsi alimlərə hər xəstə üçün realistik virtual səs yaratmağa imkan verir. Bunun üçün onlar tərəfindən iki kompüter təlimi alqoritmi tətbiq olunub. Onların biri danışıq zamanı yaranan beyin aktivliyinin siqnallarını virtual səs traktı hərəkətlərinə çevirən dekodlaşdırma üçün istifadə edilir. Digər alqoritm isə əldə olunan səs traktı hərəkətlərini xəstənin sintetik səsinə çevirən sintezator tərəfindən tətbiq olunur.

Texnologiyanın tibdə kütləvi tətbiqinə nə vaxt başlanacağı barədə məlumat verilmir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.