Gəncə təcridxanasının nəzarətçisi niyə güllələndi?

Gəncə təcridxanasının nəzarətçisi niyə güllələndi?
04 May 2019 13:44


Şəmkir rayonunda güllələnmiş 29 yaşlı Kəramət Məmmədli Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı olub.

Bu haqda realpress.az-a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Xatırladaq ki, hadisə mayın 1-də günorta saatlarında Bayramlı kəndində baş verib.

Qətlin üzərindən üç gün keçsə də, müstəntiqlər hadisə şahidinin olmadığına görə,  qatilin izinə çıxmaqda və  şəxsiyyətini müəyyən etməkdə çətinlik çəkir.

Məlumata görə, Məmmədli öz evində kiçikkalibrli tüfənglə  (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.

Kriminalistlər hər hansı müqavimət izləri aşkarlamayıb. Ehtimala görə,  atəş açılmazdan əvvəl qatillə qurban arasında söhbət olub. 

Onların bir-birini tanıdığı güman edilir. Qatil hadisəni törətdikdən sonra izsiz şəkildə yoxa çıxıb.  K.Məmmədlinin meyitini  valideynləri tapıb. Məmmədlinin evindən heç bir qiymətli əşyanın oğurlanmadığından, müstəntiqlər tamah məqsədilə qətl versiyasını istisna edir.

Kəramət Məmmədli  Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki il əvvəl boşanıb. 

Cinayətin motivləri hələ aydın deyil. Qətlin qurbanın peşə fəaliyyəti ilə əlaqəli olduğu istisna edilmir.  Cinayətin törədildiyi ünvanın yaxın çevrəsində müşahidə kameralarının olmaması müstəntiqlərin işini daha da çətinləşdirir.

Faktla bağlı istintaq davam edir.


22 İyul 2019
Kriminal

Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB

Bakı Apelyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası baş tutmayıb.

22 İyul 2019
Kriminal

Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

12 İyul 2019
Kriminal

Bakıda əməliyyat – Silahlı şəxslər saxlanıldı – FOTO

Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

12 İyul 2019
Kriminal

İnterpolun axtardığı Lotu Quli gözlənilmədən Azərbaycana gəldi

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) gözlənilmədən Bakıya gəlib.