Azərbaycanlı idmançı dünya çempionunu məğlub etdi - VİDEO

Azərbaycanlı idmançı dünya çempionunu məğlub etdi - VİDEO
05 May 2019 20:15


Türkiyənin Antalya şəhərində keçirilən MMA üzrə “Fight Night Global” turniri çərçivəsində döyüş gecəsi baş tutub.

realpress.az-ın xəbərinə görə, keçirilən yeddi görüş arasında azərbaycanlı idmançı Elnar İbrahimovla pankration, qrapplinq və həvəskar MMA üzrə tacikistanlı dünya çempionu Akmalcon Mamurovun da döyüşü olub.

Yarımyüngül çəkidə (-65,77 kq) mübarizə aparan idmançımız yekunda hakimlərin qərarına əsasən qalib elan edilib. Bu, Elnarın peşəkar MMA karyerasında 20-ci döyüşü olub. O bunlardan 16-da qalib gəlib.

Yeri gəlmişkən, Rusiyanın paytaxtı Moskvada “Fight Night Global” turnirinin yüngül çəkidə çempionu olan Nəriman Abbasov və Elnar İbrahimov artıq Bakıya qayıdıb. Onları Heydər Əliyev Hava Limanında idmançı dostları qarşılayıb.


Qeyd edək ki, hər iki idmançının məşqçisi tanınmış idmançımız Şəhriyar Abbasovdur.

Səbuhi MUSAYEV

29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.