Protein kokteylləri ömrü qısaldır – Kişi sağlamlığına 3 zərəri

Protein kokteylləri ömrü qısaldır – Kişi sağlamlığına 3 zərəri
06 May 2019 16:28

Orqanizmə həddən artıq protein qəbulu sağlamlıq üçün zərərlidir. Bunu Sidney Universitetinin alimləri elmi təcrübələri ilə sübub ediblər. Onlar əmin olub ki, protein kokteylləri zamanla piylənmə, depressiyaya səbəb olur, ömrü qısaldır. 
Realpress.az Medicina.az-a istinadən xəbər verir ki, bu gün hətta gənc qızlar və yeniyetmə oğlanlar da qısa müddətə əzələlə artırmaq və gözəl bədənə sahib olmaq üçün trener, şirkət, hətta dietoloqların təklif etdiyi dadlı protein kokteyllərinə hədsiz maraq göstərir, alıb içir. 
Bu qidada olan zülal sümük, əzələlər üçün vacibdir. Amma bu kokteyllərdə az qala yoxa çıxarılan karbohidratlar da orqanizm üçün vacibdir. 
Kokteyldə olan BCAA zənciri adlanan amin turşusu içərkən birbaşa əzələyə yox, əvvəlcə qana daxil olur və qanda dövr edir. Qanda triptofanla rəqabətə girərək onu dövriyyədən çıxarır. Bu hormon isə xoşbəxtlik hormonudur.
Beləliklə, protein kokteyli serotonin çatışmazlığı yaradaraq, depressiya yaradır, psixikaya mənfi təsir edir. İştahın azalması, yuxu pozulması, əhvalın olmaması kimi əlamətlər başlayır.
Alimlər laboratoriyada siçanları 2 ay BCAA zülalı ilə qidalandırıblar, siçanlar piylənmədən əziyyət çəkmiş, çoxu isə qısa müddətdə ölmüşdülər.
Bununla da sübut olunub ki, proteinlərlə qidalanma aminturşu balansını pozur, bir çox səbəblərdən insanın ömrünü qısaldır və erkən ölümə səbəb olur. 
Onlar məsləhət görür ki, kişilər, gənclər belə kokteylləri qəbul edəndə digər vacib qidaları da yeməli, xüsusən karbohidratları unutmamalıdır. Yaxşı olar ki, belə kokteyllərə çox aludə olmayasız.

22 İyul 2019
Səhiyyə - Sağlamlıq

SAĞLAM HƏYAT ÜÇÜN C VİTAMİNİ NƏ DƏRƏCƏDƏ ƏHƏMİYYƏTLİDİR!

Vitaminlər insan orqanizmi üçün olduqca vacib birləşmələr olub, qidamızın zəruri hissəsidir. Vitaminlər içərisində xüsusi əhəmiyyətə malik olan biri də, C vitaminidir (askorbin turşusu).

22 İyul 2019
Səhiyyə - Sağlamlıq

Daun sindromu. Ən çox rast gəlinən xromosomal anomaliya

İlk dəfə 1866-cı ildə John Langdon Down tərəfindən təsvir edilmişdir.

19 İyul 2019
Səhiyyə - Sağlamlıq

KİPRİK DEMODEKOZUNUN MÜALİCƏSİ

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,yay mövsümündə isti və təmiz hava, eləcə də vitaminlərlə zəngin təbii meyvə-tərəvəzlər sağlamlıq və yaxşı əhval-ruhiyyə ilə assosiasiya olunur. Lakin yay fəsli özünü bir çox ciddi,mövsümü xəstəliklərlə də biruzə verir.

19 İyul 2019
Səhiyyə - Sağlamlıq

Böyrəklərə zərər verən 7 vərdiş - MÜTLƏQ OXUYUN! / Video

Böyrəklərimizin imkanlarından sadəcə 20%-ni istifadə edərək normal həyat keçirmək olar.

18 İyul 2019
Səhiyyə - Sağlamlıq

Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ

Dadlı, sulu və tərkibi vitaminlərlə zəngin gilas yayın ən sevimli meyvələrindəndir.