Azərbaycan aviabombası satışa çıxarılacaq - VİDEO

Azərbaycan aviabombası satışa çıxarılacaq - VİDEO
07 May 2019 08:47


Azərbaycan istehsalı olan “QFAB-250 LG” aviasiya bombasının göstəriciləri açıqlanıb. 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun baş direktoru Novruz Abdullayev “Report”un Türkiyə bürosuna açıqlamasında silahın inert nümunəsinin İstanbulda keçirilən “IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində ilk dəfə nümayiş etdirildiyini bildirib. 

Onun sözlərinə görə, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası MSN-in Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb: "Bombardmançı qırıcı təyyarələr üçün nəzərdə tutulan bomba çox yüksək dəqiqliyə malikdir. Silahın iş prinsipinə görə, hədəf böyük, güclü lazer göstəricisi vasitəsilə işıqlandırılır. Bomba bombardmançı qırıcı təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf nöqtəsi tapılır və məhv edilir. Silahın döş hissəsi qəlpəli-fuqaslı bombadır və radiusu yüz metrdən çoxdur. Bombanın sabitləşdirici hissəsi Türkiyənin “ASELSAN” şirkətinin məhsuludur. “QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bomba canlı qüvvəni və hədəfləri anında məhv etmək üçün yüksək səviyyədə hazırlanıb”.

N.Abdullayev deyib ki, bomba təyyarədən atıldıqdan sonra atılma istiqamətindən asılı olmayaraq, koordinatları əvvəlcədən onun yaddaşına daxil edilmiş hədəfə yönəlir: "Eyni zamanda yeni məmulatda əlavə olaraq bərk yanacaqlı mühərrik də qurulub. Bu da onun uçuş məsafəsinin dəfələrlə artırılmasına imkan verir. Biz yeni dəqiqləşdirilmiş yol xəritəsi işləyəcəyik və bununla da bombanın nə vaxt və harada sınaqdan keçiriləcəyi məlum olacaq”.

Nazirlik rəsmisi “QFAB-250 LG”nin yalnız Azərbaycan Ordusunda deyil, postsovet ölkələrində də silahlanmaya qəbul ediləcəyini istisna etməyib: “Bu bomba daxili təlabat və ixrac üçün nəzərdə tutulub”.


20 May 2019
Hərbi

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

16 May 2019
Hərbi

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

15 May 2019
Hərbi

Ordumuz təlimə başlayır: 10 min şəxsi heyət, 150 tank, 35 təyyarə

Ordumuz təlimə başlayır: 10 min şəxsi heyət, 150 tank, 35 təyyarə

15 May 2019
Hərbi

Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib

Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib

15 May 2019
Hərbi

Zakir Həsənovdan ordudakı vəzifəli şəxslərə tapşırıq

Zakir Həsənovdan ordudakı vəzifəli şəxslərə tapşırıq